Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı

0

  • Demokratik qüvvələr hakimiyyətə gəldikdən
    sonra, onların təcrübəsizliyi nəticəsində xarici qüvvələr və daxildə olan
    separatçılar ölkəni bir neçə yerə parçalamaq istəyirdilər.

    Naxçıvan real işğal təhlükəsi ilə üz-üzə qalmışdı.

    Heydər Əliyev şəxsi nüfuzu və dövlətçilik
    təcrübəsinə əsasən Naxçıvanı qoruyub saxlaya bildi. 1992-ci il mayın 28-də Sədərək
    –Dilucu “Ümid körpüsün” açmağa nail oldu. Naxçıvan aclıq və işğal təhlükəsindən
    azad oldu.

    Demokratik qüvvələrdən fərqli olaraq
    xalqın qabaqcıl ziyalıları başa düşürdülər ki, erməni vəhşiliyindən, separitizmdən Azərbaycanı və xalqı yalnız bir nəfər qoruya bilər, o beynəlxalq
    ermənipərəst qüvvələrin arzusunu gözündə qoya bilən yeganə bir nəfər var, o da
    Heydər Əliyevdi. Heydər Əliyevdən başqa ikinci bir şəxs bunu bacara bilməzdi.

    1991-ci ilin 30 avqust tarixində ölkəmiz
    üçün daha bir əlamətdar hadisənin - müstəqilliyə gedən yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi oktyabrın 18-də qəbul ediləcək
    Konstitusiya aktının özəyini təşkil etdi. Əslində, bu tarix həm də bugünkü qüdrətli
    Azərbaycanın təməlinin qoyulmasının ayaq səsləri idi.

    1993-cü ildə təcrübəsiz və qeyri peşəkarların
    hakimiyyəti təmsil etməsi, Gəncədə vətəndaş müharibəsinin başlamasına səbəb oldu. Qanuni mərkəzi hakimiyyətə qarşı çıxan 709-cu hərbi hissənin komandiri S.Hüseynov zor gücünə mərkəzi hakimiyyəti ələ keçirmək istəyirdi. Gəncədə qardaş
    qanı axıdılmışdı.

    1993-cü ildə iyunun əvvəlində Gəncədəki,
    qiyamın ardınca cənub bölgəsində “Talış-Muğan Respublikası” elan edən Ə.Hümbətov tabeliyindəki silahlı qüvvələri cəbhədən çıxartması ölkənin şimalında separatçı ünsürlərin “Ləzgistan dövləti”, Zəngəzurda “Qırmızı Kürdüstan” yaratmaqla ölkəni
    parçalamaq istəyirdilər.

    Əbülfəz Elçibəy artıq vətənin əldən
    getdiyini görürdü, bu planlar baş tutsa Azərbaycan xanlıqlar dövrünə qayıdırdı.Azərbaycanı bu bəladan qurtaran bir dahi var idi, oda xalqın ümid
    yeri olan Heydər Əliyev idi.

    1993-cü ilin iyunun 9-da xüsusi təyyarə
    ilə Bakıya gətirilən Heydər Əliyev 13-14 iyunda Gəncə şəhərində oldu xalqla
    görüşdü. Ulu Öndəri haqlı olaraq öz xilaskarları kimi qarşıladılar, “Heydər
    baba qurtar xalqı bu bəladan” şüarları göyə yüksəldi. Uzaqgörən diplamat Heydər
    Əliyev, S.Hüseynovu Baş nazir təyin edib öz nəzarəti altına aldı.

    1993-cü ilin avqust ayında Ə.Hümbətov 7
    cənub rayonunda “Talış Muğan Respublikası ” elan etdi. Bu təxribatın qarşısı
    vaxtında alındı. “TMR”  ləğv edilsə də
    ölkə daxilindəki çəkişmələrdən istifadə edən ermənilər, Ağdam, Füzuli, Cəbrayıl,
    Qubadlı, Zəngilanı işğal etdilər.

    1993-cü il avqustun 29-da Prezident
    Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və xalq 98% Heydər Əliyevə etimad göstərdi.

    1993-cü il oktyabrın 3-də Heydər Əliyev
    prezident seçildi. Azərbaycanı uğurlu inkişaf yoluna aparan ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın azad olunması idi. 

    Ulu Öndərin layiqli davamçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, bu gün torpaqlarımız azaddır.

    Sabir Qasımov,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib59 dəfə
    aze

    Maraqlı gələ bilər
    43
    95
    0